Məşhur müğənni İbrahim Erkal vəfat etdi
9-05-2017 20:38

Türkiyənin məşhur müğənnisi İbrahim Erkal vəfat edib.
“Hüriyyət” qəzetinin verdiyi məlumata görə, müğənni uzun müddətdir, müalicə aldığı xəstəxanada dünyasını dəyişib. 1967-ci ildə Ərzurum vilayətində anadan olan müğənni 1994-cü ildə ilk musiqi albomunu çıxarıb. Bir müddət əvvəl evinin qarajında qəfil yıxılıb. Onun insult olduğu bildirilir.