​Mərdəkanda avtomobil körpüdən aşdı: yaralılar var, biri uşaqdır

Baxış sayı:
4954

Mərdəkan körpüsündən avtomobil aşıb. 
Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, biri uşaq olmaqla, üç nəfər xəsarət alıb. 
Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər. Onlardan 33 yaşlı kişiyə döş qəfəsinin əziyi, 31 yaşlı qadına qapalı kəllə-beyin travması, döş qəfəsinin əziyi, dörd yaşlı oğlan uşağına isə sol baldırın əziyi diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.