Mollaların attestasiyası nə vaxt keçiriləcək?
6-10-2019 21:15
Baxış sayı:
7507

“Ya bu ilin sonu, ya da gələn ilin əvvəli mollaların növbəti attestasiyadan keçirilməsi gözlənilir”.
Bu barədə Modern.az-a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Hacı Fuad Nurullayev məlumat verib.
O bildirib ki, son illər QMİ ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə fəaliyyəti nəticəsində paytaxtda və bölgələrdə dini ayinlərin icrasına xüsusi diqqət yetirilir.
“Dövlət tərəfindən məscid və icmaların təmiri xüsusi nəzarət altındadır. Mollaların attestasiyasının keçirilməsi savadlı din xadimlərinin bu sahəyə axın etməsinə gətirib çıxarır”.