Əməliyyat olunan Lalə Şövkətin vəziyyəti barədə AÇIQLAMA
23-08-2020 22:55
Baxış sayı:
1914

“Dünən ALP-nin lideri Lalə Şövkət xanım üzərində çox ciddi cərrahiyyə əməliyyatı uğurlu keçdi. Liderimizin vəziyyəti get-gedə yaxşılaşır”.
Modern.az-ın məlumatına görə, bunu ALP sədri Əvəz Temirxan Lalə Şövkətin sağlıq durumundan danışarkən deyib.
Ə.Temirxan “həkimlərə təşəkkürlərimiz sonsuzdur. Əlləri var olsun”, deyə əlavə edib.
“Lalə xanımın həyatı üçün narahat olanların hamısına və ayrı - ayrılıqda hər birinə təşəkkür edirik”
ALP-nin lideri Lalə Şövkətin 4 ay olar ki, səhhətində problem yaranmışdı. Lalə xanımın yoğun bağırsağında şiş aşkarlanmışdı.