​Mitinqdə saxlananlardan bir qismi hələ buraxılmayıb

Milli Şuranın 17 sentyabr mitinqindən sonra 37 nəfər saxlanılaraq Yasamal polisinə aparılıb.
Hurriyyet.org xəbər verir ki, bu haqda AXCP sədrinin müavini Gözəl Bayramlı məlumat verib. Onun sözlərinə görə, 4 nəfər 28-ci polis bölməsində, 4 nəfər 29-cu bölmədə saxlanılır. Digər 4 nəfər isə 26-cı bölməyə aparılıb. Onlardan 5-i sonradan buraxılıb. Saxlananlardan AXCP Gənclər Komitəsinin üzvləri Ruslan Qarayev, Elton Əliyev, Toğrul İbrahim, İlkin İsmayıllı, Nuru Nuruzadə hələ də buraxılmayıblar.
Xatırladaq ki, Milli Şuranın sentyabrın 17-də keçirdiyi mitinqdən sonra polislə aksiyaçılar arasında qarşıdurma olub. Polis çoxlu sayda aksiyaçını və jurnalistləri saxlayıb. Sonradan onların bir neçəsi sərbəst buraxılıb. Ancaq hələ də saxlananlar var.
Bakı şəhər Baş Polis İdarəsinin məlumatına görə, aksiyaçılar asayişi pozduqları üçün saxlanılıb.