​Mingəçevirdə daha bir GƏNC QIZ İNTİHARA CƏHD ETDİ

İntihar etmək istəyən qız ağır vəziyyətdə xəstəxanaya çatdırılıb
Mingəçevir şəhərində daha bir gənc qız intihara cəhd edib.
”Report”un Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin Puşkin küçəsində yerləşən evlərdən birində baş verib.
Belə ki, şəhər sakini, 1997-ci il təvəllüdlü  U.A hələlik məlum olmayan səbəblərdən sirkə turşusu içərək özünü öldürmək istəyib. O, huşsuz və ağır vəziyyətdə qohumları tərəfindən Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan "Report"un yerli bürosuna bildirilib ki, U.A-nın vəziyyəti ağır olaraq qalır.
Faktla bağlı araşdırmalara başlanılıb.