Milli Şuraya piket üçün icazə verildi - ƏN ÇOXU 50 NƏFƏR OLMALIDIR

Baxış sayı:
16015

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın piketlə bağlı müraciətini cavablandırıb. Muxalifet.az report-a istinadən xəbər verir ki, BŞİH-də müraciətə baxılıb və piketin oktyabrın 8-i saat 15:00-dan 16:00-dək Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binası ilə Azərbaycan Dövlət İqtisad Universiteti arasında yerləşən ərazidə keçirilməsinə etiraz etmir. Aksiyada maksimum iştirakçı sayı 50 nəfər olmalıdır.