Milli Məclis avtomobillərini satır - RƏSMİ

Baxış sayı:
14545

Yanvar ayının 7-də Milli Məclisin İşlər İdarəsi balansında olan avtomobillər hərraca çıxarılacaq.
Muxalifet.az
yeniavaz.com-a istinadən xəbər verir ki, hərracda müştərilərə ümumilikdə Milli Məclisə məxsus 2 ədəd avtomobil təqdim ediləcək.
Milli Məclisə məxsus  2007-ci il istehsalı olan "Nissan Maxima" markalı avtomobilin start qiyməti 4500 manat olacaq.
2007-ci il istehsalı olan digər bir "Nissan Maxima" markalı avtomobili isə qəzalı olduğu üçün 3000 manatdan satışa çıxarılır.