MİKAYIL CABBAROV ÜÇÜN “SUPER NAZİRLİK” YARADILDI - Vergilər Nazirliyi və Əmlak Komitəsi İqtisadiyyat Nazirliyinə birləşdirildi

Baxış sayı:
7540

Azərbaycan Prezidenti İlham Əliyev İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında fərman imzalayıb. Muxalifet.az-ın xəbərinə görə, fərmana əsasən, Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müvafiq dövlət xidmətləri statusunda İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilib. Fərmanla İqtisadiyyat Nazirliyinin yeni strukturu təsdiq edilib. Fərmanla müəyyən olunub ki, İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan dövlət orqanlarının və onların tabeliyində olan qurumların strukturu, işçilərinin say həddi, hüquqi vəziyyəti, vəzifə maaşları, əməyin ödənilməsi sistemi və xidmətkeçmə ilə bağlı hüquq və vəzifələri ilkin mərhələdə dəyişməz olaraq qalır. Fərmanda bildirilib ki, İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan dövlət orqanlarının yeni əsasnamələri təsdiq edilənədək onlar öz fəaliyyətlərini mövcud əsasnamələri əsasında davam etdirəcəklər. Nazirlər Kabinetinə fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.