MİDA-ya yeni aparat rəhbəri təyin edildi

Baxış sayı:
16141

Mənzil İnşaat Dövlət Agentliyində (MİDA) aparat rəhbəri vəzifəsinə təyinat olub.

Qurumdan verilən məlumata görə, bu vəzifə Fərman Vahid oğlu Qurbanlıya həvalə edilib.

O, indiyə qədər MİDA-nın Beynəlxalq Əlaqələr və Strateji Planlaşdırma şöbəsinin müdiri vəzifəsini tutub, Agentlikdən əvvəl isə “Bank BTB”, “PAŞA Bank” və "Yelo Bank" ASC-lərdə müxtəlif vəzifələrdə çalışıb.

F.Qurbanlı İngiltərənin Lankaster Universitetində Pul, Bankçılıq və Maliyyə üzrə magistr dərəcəsi alıb. //report