​Meriya binası bir gün ərzində iki dəfə TƏXLİYƏ OLUNDU

Rusiyanın Kalininqrad şəhərinin meriya binası bir gün ərzində iki dəfə təxliyə olunub.
Trend-in məlumatına görə, buna binada sahibsiz əşyanın tapılması səbəb olub.
Qeyd olunur ki, binada aparılan axtarışlardan sonra əməkdaşlar iş yerinə qayıdıb. Amma qısa müddət sonra təxliyə yenidən aparılıb.
Bundan başqa, meriya yaxınlığında yerləşən Baltik Federal Universiteti, universitetin yataqxanaları, ictimai palata və regional nazirliyin binaları təxliyə olunub.