“Marneulidə koronavirus aşkarlanmayıb” - ZAUR DARĞALLI

Baxış sayı:
1997

“Marneuli sakinləri koronavirus testindən keçirilir. Bu vaxta qədər virusa yoluxma halı aşkarlanmayıb”.

Bu barədə rayonun icra başçısı Zaur Darğallı jurnalistlərə açıqlamasında bildirib.

O deyib ki, banklarda insanların toplaşması müşahidə olunur, lakin sosial məsafə təmin edilir.

Z.Darğallı Marneulidə məlumatlandırma kanpaniyasının davam etdirildiyini söyləyib: “Məlumatlandırma Azərbaycan dilində də həyata keçirilir. Sakinlərə qəzetlər və vərəqələr paylanılır”.