Maksim ayı ilə güləşib qalib gəldi - FOTO

Baxış sayı:
7302

Rusiyalı məşhur MMA döyüşçüsü ayı ilə güləşdiyi maraqlı anların görüntülərini sosial şəbəkə səhifəsindən paylaşb. Publika.az xəbər verir ki, “Mad Max” ləqəbli Maksim Novoselov oktyabrın 12-də baş tutacaq “Fight Nights Global 94” turniri çərçivəsində Dimtriy Smolyakova qarşı keçirəcəyi döyüş öncəsi ayı ilə məşq edib. O, şərhdə, “ayı-ayı ilə belə döyüşürlər” ifadələrini yazıb. Döyüş Maksimin yırtıcı üzərində qələbəsi ilə yekunlaşıb. Qeyd edək ki, idmançı daha əvvəl şirlə güləşmişdi.