Lukaşenko: Ukrayna tankları Rusiya yanacağı ilə işləyir
19-01-2019 04:26
Baxış sayı:
6298
Ukrayna öz tanklarına Belarus yanacağını tökmək istəmir. Onlar Rusiya yanacağına üstünlük verirlər. Oxu.Az BelTA-ya istinadən xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib. “Son zamanlar bizə irad tuturlar ki, Ukrayna tanklarına dizel yanacağı veririk. Orada hansı yanacağın olduğunu araşdırmağı tapşırdım. Mənə məruzə etdilər ki, orada bütövlükdə Rusiya istehsalı olan yanacaqdır”, - deyə o vurğulayıb. Lukaşenko qeyd edib ki, Belarusdan Ukrayna bazarına ixrac xeyli azalıb: “Bizi sadəcə Ukrayna bazarından sıxışdırıb çıxarırlar və söhbət təkcə neft məhsullarından getmir. Rəqabət gedir”.