Əli İnsanovun köməkçisi saxlanıldı

Baxış sayı:
1825

Haqq Ədəlat Partiyası İdarə Heyətinin üzvü, partiya sədrinin köməkcisi Rəşad Abbaslı  dünən 4 nəfər mülki geyimli şəxs tərəfindən saxlanılaraq naməlum istiqamətə aparılıb.

Məlumatı “Turan” agentliyi yayıb.

“İndiyədək Abbaslının harada olması barədə nə ailəsinə, nə də Haqq Ədalət Partiyasına hər hansı məlumat verilməyib. Rəşad Abbaslının valideynləri yaşadıqları ərazidəki Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsində olublar. Polis Abbaslını itkin düşmüş şəxs kimi qeydə alıb,” – deyə Haqq Ədalət Partiyasından bildiriblər.

Xatırladaq ki, Haqq Ədəlat Partiyasının sədri sabiq səhiyyə naziri Əli İnsanovdur.