Əlcəzair və Marokkonu qar basıb – Təbiət insanlara qəzəblənib!

Baxış sayı:
5857

Anomal soyuqlar təkcə İspaniya və İtaliyanı yox, Afrikanın şimal-qərbini də «ağzına alıb». Əlcəzair və Marokkonun bir neçə bölgəsinə qar yağıb, sahil rayonlarında isə qasırğa tüğyan edir. Pis hava şəraiti Afrikaya bir həftə əvvəl gəlib. Əlcəzairdə isə anomal miqdarda yağıntı olub. Bəzi rayonlarda qar örtüyünün qalınlığı 15 santimetrə çatıb. Ölkə üçün bu, qeyri-adi təzahür hesab olunur. Burada qar adətən, dağlara yağır, həm də dekabr ayından tez olmayaraq.