​"Lavrovun bəyanatı Rusiya ilə Ermənistanın arasında mövqe fərqinin olmadığını göstərir" - QUBAD İBADOĞLU

Baxış sayı:
7795

"Fikrimcə, 1-ci vitse-prezidentin Moskvaya rəsmi səfəri ərəfəsində Rusiyanın belə bir mövqe nümayiş etdirməsi təsadüfi sayıla bilməz" "Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov noyabrın 11-də İrəvanda Ermənistan XİN rəhbəri Zöhrab Mnatsakanyanla danışıqların yekunları ilə bağlı bildirib ki, bu regionun əhalisinin razılığı olmadan Dağlıq Qarabağ nizamlanmasına dair razılaşmaya nail olmaq mümkün deyil. O deyib ki, "hamıya məlumdur ki, Dağlıq Qarabağ xalqının razılığı olmadan heç bir sazişi rəsmiləşdirmək mümkün olmayacaq. Ermənistan onları dəstəkləməyəcək". Hurriyyet.org xəbər verir ki, bu fikirlər Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğluna məxsusdur. "Baxmayaraq ki, ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqlar prosesində münaqişə tərəfləri kimi Azərbaycan və Ermənistan tanınıb" deyən ADR Hərəkatının sədrinin sözlərinə görə, bölgədən didərgin salınmış azərbacanlıların yurdlarına geri qayıtmadan Sergey Lavrovun münaqişənin həllində Dağlıq Qarabağ xalqının iştirakını dəstəkləməsi bu məsələyə münasibətdə Rusiya ilə Ermənistanın arasında mövqe fərqinin olmadığını göstərir: "Hesab edirəm ki, Rusiya bu bəyanatla Dağlıq Qarabağın Azərbaycandan alınmasına yönələn siyasətə dəstək verəcəyini açıqlayıb. Fikrimcə, 1-ci vitse-prezidentin Moskvaya rəsmi səfəri ərəfəsində Rusiyanın belə bir mövqe nümayiş etdirməsi təsadüfi sayıla bilməz".