​Laçında İrəvan dövlət universitetinin 100 illiyinə həsr edilmiş abidə qoyuldu... – VİDEO

Baxış sayı:
13656

Biz Bakıda, Sumqayıtda, Gəncədə... neçə milyardlıq açılış etsək, bunun əvəzini çıxarıq?..
S.Sərkisyan: “Bura bizim azad edilmiş vətənimizdir..."

Azərbaycanın 28-ci(!) ildir ki, işğal altında qalan Laçın rayon mərkəzində Yerevan dövlət universitetinin 100 illiyinə həsr olunmuş park salınıb və abidə qoyulub.
Moderator.az xəbər verir ki, park və abidənin açılış mərasimində  Laçın, Qubadlı, Zəngilan ərazilərinin faktiki icra başçısı Stepan Sərkisyan, Yerevan universitetinin rektor əvəzi, prorektor, müəllim və tələbələri iştirak edib. 
S.Sərkisyan öz çıxışında vurğulayıb: “Bura bizim azad edilmiş vətənimizdir... Və Yerevan universiteti bu torpağın abadlaşdırılması və məskunlaşdırılmasını unutmur...”
Xəbərdə qeyd edilir ki, son bir neçə ildə mütəmadi Laçına səfər edən Yerevan universitetinin tələbələri artıq rayon mərkəzində 10 minədək ağac əkib.
P.S. Biz Bakıda, Sumqayıtda, Gəncədə, Bərdədə... neçə milyardlıq möhtəşəm açılış etsək, bunun əvəzini çıxa bilərik?..