Kəşfiyyat məlumatı daxil oldu: Türk ordusu hücuma keçdi

Türkiyə Silahlı Qüvvələrinin İraqın Şimalında yerləşən Zap bölgəsinə endirdiyi aviazərbələr nəticəsində 5 terrorçu zərərsizləşdirilib.
Muxalifet.az xəbər verir ki, bu barədə Türkiyə ordusunun Baş Qərargahı informasiya yayıb.
Məlumata görə, əldə olunan kəşfiyyat və müşahidə məlumatları əsasında sərhəd bölgəsində hücuma hazırlaşan terrorçuların zərərsizləşdirilməsi istiqamətində əməliyyat başlanılıb. Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələrinin zərbələri nəticəsində terrorçuların sığınacaq kimi istifadə etdikləri mağaralar məhv edilib.