“Kərimov minlərlə adamı güllələdi, amma öləndə hamı diz çöküb ağlayırdı…” – LUKAŞENKO KEÇMİŞ SOVET MƏKANI HAQDA

Baxış sayı:
2173

Belarus prezidenti, növbəti dəfə seçkilərə qatılmağa və əlbətdə ki, qalib gəlməyə hazırlaşan Aleksandr Lukaşenko yeni hökumətin təyinatı zamanı keçmiş sovet respublikalarındakı vəziyyət haqda danışıb. Və bildirib ki, onun ölkəsi keçmiş sovet respublikaları arasında qiyamlar, münaqişələr baş verməyən yeganə ölkədir. Və yeni hökumətin qarşısında bu ölkəni qorumaq dayanır.

“Biz uşaqlarımızın yaşaya bilməsi üçün öz ölkəmizi yaratmışıq. Bu gün onu qorumaq məqamdır. Müdafiə etmək lazımdır. Görürsünüz ki, bizi bölməyə çalışırlar. Yeganə postsovet ölkəsiyik ki, acılar görməmişik. Və bəzi belaruslara elə gəlir ki, dağıdılan Ukrayna uzaqlardadır. Müharibə gedir. İkiyə bölünmüş Moldova haradasa uzaqlardadır. Yaddan çıxarıblar ki, Qafqaz hələ də közərir: ermənilər azərbaycanlılarla anlaşa bilmir. Yaddan çıxarıblar ki, Gürcüstan ərazisinin az qala üçdə birini itirib. Nəhayət heç kim bilmir ki, mənim dostum İmomali Rahmon çiynində pulemyotla Tacikistan paytaxtına daxil oldu ki, qayda yaratsın”,-Lukaşenko bildirib.

Belarus prezidenti 2005-ci ildə Özbəkistanda etirazların necə yatırılmasını da yada salıb. Və Əndicanda minlərlə adamı güllələyən prezident  İslam Kərimovun minlərlə adamı güllələməsinə baxmayaraq öləndə özbəklərin onun dalınca ağladıqlarını deyib.

“Unudublar ki, keçmiş prezident Kərimov Əndicanda minlərlə adamı güllələyərək qiyamı necə yatırdı. Hamı onu pisləyirdi, amma öləndə diz üstə çökdülər, ağladılar, göz yaşı tökdülər. Biz bunu yaşamamışıq, ona görə də başa düşmək istəmirik. Bəziləri. Amma biz onların yadına salacağıq!”,-Belarus prezidenti seçkilərdə ona rəqib olmaq istəyən müxalif namizədlərə eyhamla xəbərdarlıq edib./virtualaz.org