Konstitusiya Məhkəməsi də vəkil Əlirza Həbilovu DİN-in nümayəndəsi sayır – MƏĞRUR BƏDƏLSOY YAZIR

Baxış sayı:
2095

DİN MPİ qazi və şəhid ailələrinin müavinətlərini vəkilə  ödəyir?
“Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunun 3-cü maddəsində vəkilliyin başlıca  görəvlərinin  fiziki və hüquqi şəxslərin hüquq və azadlıqlarını , qanunla qorunan mənafelərini qorumaq və onlara yüksək keyfiyyətli yardım göstərilməsindən ibarət olması doğrulanıb. Sözügedən qanunun 8-ci maddəsinin IV hissəsinə görə, dövlət qulluğunda çalışan şəxslər yalnız tutduqları vəzifədən azad edildikdən sonra vəkillik fəaliyyəti ilə məşğul ola bilərlər.
Qanun birmənalı olaraq vəkilin dövlət orqanının nümayəndəsi, müdafiəçisi olmasını yolverilməz saysa da, vəkil Əlirza Həbilov və himayəçiləri qanunu saymırlar. Özbaşınalığa baxın, istintaq, təhqiqat orqanı -Daxili İşlər Nazirliyi özünə ştatlı – muzdlu vəkil ayırıb! Vətəndaş bilmir özünü istintaqdan, ittihamdan qorusun, yoxsa ittihamı müdafiə edən (?-M.B.)   vəkildən ! Bir anlığa göz önünə gətirin, dövlət ittihamını müdafiə edən prokurorluğa, həm də Vəkillər Kollegiyası (VK) DİN-in, baş prokurorluğun nümayəndəsi kimi vəkillik edir, ittihamı müdafiə edir! Belə başayaq  qanun aliliyi, hüquq üstünlüyü ilə insan hüquqlarının durumu, əlbəttə, cəngəllik meyarlarına uyğun gələr.
Fərdi fəaliyyət göstərən  vəkil Əlirza Həbilovun özünü DİN-in “nümayəndəsi və vəkili” statusunda  məhkəmələrə sırımasının kökündə nazirlikdəki himayəçiləri dayanır. Vəkilin dövlət orqanında nümayəndəliyi yalnız və yalnız həmin orqanda FİZİKİ VƏ HÜQUQİ ŞƏXSLƏRİN müdafiəsi amacı ilə həyata keçirilirsə, VK-nın intizam komissiyasının üzvü necə DİN-in nümayəndəsi və vəkili ola bilər?  Qanunu pozan, intizama əməl etməyən şəxs başqasının intizam məsuliyyətinə necə baxa bilər? Əlirza Həbilovun DİN-də fiziki şəxsləri -naziri, müavinlərini,  polis rəislərini (xüsusi ittiham qaydasında  yetim-yesiri ittiham etmələrinə)  məhkəmədə müdafiə etməsinə  qanun yol verir. Amma vəkilin DİN-in nümayəndəsi və vəkili olmasına yol vermir . Əlirza Həbilovun DİN-in 1-ci dərəcəli Qarabağ qazisinin məhkəmə təminatı hüququna DİN MPİ-nin (keçmiş rəisi Səxavətdin Abdullayevin) sifarişi ilə qadağa qoymasından çox yazılıb, məhkəməyə etirazlar edilib, di gəl, vəkilin dövlət orqanının müdafiəçisi ola bilməzliyinə hüquq qiyməti verilməyib. Təsəvvür edin, vəkil Şəki İnzibati-İqtisadi Məhkəməsində DİN-in adından bəyanat verib ki, Ali Məhkəmədə də olsa, qazinin pozulmuş hüquqlarının bərpasına imkan verilməyəcək! (?) Bəs məhkəmələrə nə gəlib? Nə yazıq, indiyədək heç bir məhkəmə hakimi vəkilin DİN-in nümayəndəsi olmasını doğrulayan etibarnaməsinin olmasını yoxlamayıb. Oysa proses iştirakçılarının məhkəmədə iştirakı yalnız uyğun qaydada təsdiq edilmiş etibarnamə ilə mümkündür. Əlirza Həbilovun etibarnaməsini isə yalnız nazir təsdiq edə bilər ki, bu da mümkün deyil. Nazir DİN-ə nümayəndəni yalnız DİN-in işçilərindən ayıra bilər, VK-dan yox. Bir də bu boyda hüquq mühafizə orqanı özünü qoruya bilmir ki, hansısa vəkili qanunsuz əməllərinə ortaq edib? Belə bəlli olur ki, Əlirza Həbilov DİN-in ştatlı-muzdlu vəkili, işçisidir və MPİ-dən hər ay yaxşıca donluq alır. Yoxsa, Səxavətdin Abdullayev və onu əvəz edənlər ciblərini dövlət büdcəsi ilə dəyişik salıblar?! Necə olur, şəhid, qazi ailələrinə ildə bir dəfə  yardım ayırmaqdan  on ilə yaxındır imtina edilir, amma hər ay “vəkil xidməti”nə haqq ödənilir? Özü də bu haqq qazilərə qanunla müəyyən edilən haqqın verilməməsindən hesablanır. Təsəvvür edin, 1-ci dərəcəli Qarabağ qazisi kimi, bu sətirlərin yazarına “Hərbi qulluqçuların pensiya təminatı haqqında” qanunun 15v və 23b maddələri ilə uyğun olaraq minimum pensiyanın 300 və 100 faizlik miqdarı verilməyib; xidmət illərinə görə əlavə 1993-cü ildən ən azı 10 faiz əvəzinə , 2007-ci ildən 5 faizlə ödənilir, nə yanlışlığı düzəldirlər, nə də məhkəmə yolu ilə bərpa etməyə imkan verirlər.
Məhkəmələrin Əlirza Həbilovun qeyri-prosessual göstərişinə boyun əymələri , indiyədək bir dəfə də olsun ,  işə mahiyyəti üzrə baxılmasına imkan verilməməsində üzə çıxır. Yeri gəlmişkən , MM-dən birbaşa Ali Məhkəməyə otuzdurulan Səyyad Kərimov 4 aydır  (?) Şəki “dövləti” adından çıxardığı hoqqasını  ( başqa ifadə işlətmək mümkün deyil- M.B.) rəsmi qayda bir yana, heç  qeyri-prosessual qaydada verməkdən də imtina edir. Konstitusiya Məhkəməsi , bəlkə “Şəki dövləti”  adından çıxarılan qərarı ləğv edə. “Bəlkə”ni vurğulamağımız KM-in də şikayətlərə baxmasına əmin olmamağımızdan qaynaqlanır. Ali Məhkəmə işin hallarını “Şəki Konstitusiyası”na uyğun əsaslandırır, Konstitusiya Məhkəməsi də, işin hallarına “toxunan” şikayətlərə baxmaqdan imtina edir. Heç demə, Konstitusiya Məhkəməsi də Əlirza Həbilovu DİN-in nümayəndəsi və vəkili kimi qəbul edib. “Əmək pensiyaları haqqında” Azərbaycan Redpublikası Qanununun 1.0.1,  1.0.2 , 1.0.5 və 20.14-cü  maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 15.05.2020 tarixli Qərarında “maraqlı subyektlərin nümayəndələri” sırasında  DİN-in baş təşkilat inspeksiya idarəsinin rəis müavini Elman Qasımov, həmin idarənin xüsusilə mühüm işlər üzrə inspektoru Babək Atakişiyev və vəkil Əlirza Həbilovun adları başda keçir. Pensiya məsələri ilə bağlı qərarın qəbulunda maliyyə qurumunun deyil, inspeksiya idarəsinin iştirak etməsi qərarsızlığı bir yana, bəyəm  Əlirza Həbilovun DİN-in nümayəndəsi və vəkili kimi göstərilməsi absurd deyilmi və hüquqi nihilizmin Konstitusiyaya yol açması anlamına gəlmirmi? Bir ara qabaq DİN-in sözügedən idarəsindən şikayətlərə cavab olaraq  nazirin Əlirza Həbilov ilə müqavilə bağlaması haqqında zənglə yalan bilgisi və Konstitusiya Məhkəməsinin qərarı vəkilin DİN-in baş təşkilat inspeksiya idarəsində qanunsuz fəaliyyətdə olmasını açıqlayır. Pensiyaçı hərbi qulluqçular da pensiyalarınının artırılmasının təhlükədə olmasından gileylənirlər. Şəhid,  qazilərin müavinətlərini vəkilə ödəyən qurumdan artım gözləməyə dəyərmi? İllərdir belədir, qanunla hesablanmalı məbləği ödəmirlər, beləcə hüquqsuzluq  sürür və məhkəmə yolu ilə də hüququn bərpasına vəkil qadağası qoyulur. .. Ümid Konstitusiya Məhkəməsinə idi, o da vəkilin dövlət orqanının nümayəndəsi olmasını qərara alıb.
Qalır Avropa Məhkəməsi, ona da Ali Məhkəmənin “qanunverici” hakimi  Səyyad Kərimov 4 aydır qərarını verməməklə süni əngəl törədir. 6 aydan sonra Avropa Məhkəməsinə müraciət qəbul edilən sayılmır. Neyləyək, 2 ayda gözləyək, bəlkə Səyyad Kərimov ədalətə, insafa gəldi. Amma çətin, onda gərək Əlirza Həbilovun qeyri-prosessual sifarişini geri ödəsin.
Məğrur BƏDƏLSOY