Konfransda gərginlik! Türkiyə masadan qalxdı

Baxış sayı:
5188

Türkiyə prezidentinin müavini Fuad Oqtay, Türkiyənin İtaliyanın Palermo şəhərində təşkil olunan Liviya konfransından çəkildiyini bildirib. Oqtay verdiyi açıqlamada, "Türkiyə dərin xəyal qırıqlığı ilə iclası tərk etdi" deyib.
 
OQTAYIN AÇIQLAMASI
 
Oqtay, açıqlamasında bunları qeyd edib: "Beynəlxalq ictimaiyyət təəssüf ki bu səhər tək yumruq olmamışdır. Son dəqiqədəki hadisə ilə bəziləri İtalyan ev sahibliyini sui-istifadə edərək prosesə tək tərəfli müdaxilə etmişdir. Bəzi ölkələrin prosesi öz maraqları istiqamətində idarə etməyə çalışmaları davam etdiyi müddətdə Liviyada sabitlik ola bilməz. Liviyanın daha çox deyil, daha az xarici müdaxiləyə ehtiyacı vardır. Digərlərinin əksinə olaraq, biz, Liviyalı və regional bütün aktyorlarla geniş dialoqa açığıq. Liviyadakı mövcud çətin vəziyyətdə məsuliyyəti olanların ölkənin yaxşılaşmasına hər hansı bir müsbət töhfə vermələri mümkün deyil. Türkiyənin iştirak etmədiyi bu cür toplantıların prosesə töhfə verməsi mümkün deyil. Bu gün səhər bəzi tərəflər arasında keçirilən qeyri-rəsmi görüş və bunların Aralıq dənizi bölgəsindəki əsas aktyorlar kimi təqdim edilməsi, bizim əleyhinə çıxdığımız çox yanlış və zərərli yanaşmadır. Türkiyə bu toplantını böyük xəyal qırıqlığı ilə tərk edir".
Müxalifət.az