Komissiya Aprel savaşı ilə bağlı bu sirləri üzə çıxaracaq - Ekspert

Baxış sayı:
3841

Ermənistan parlamenti Aprel müharibəsinin öyrənilməsi üçün təyin etdiyi deputat-istintaq komissiyasının fəaliyətinin davam etdirilməsinə səs verib. Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, qərara münasibət bildirən hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Nazim Bayram komissiyanın bu ilin ortalarında işə başladığını, istintaqın 6 ay davam etməli olduğunu diqqətə çatdırıb. “Lakin iş qeyri-müəyyən müddətə uzadıldı. Komissiyanın gələcəyi əsas qənaətlər aşğıdakı cür olmalıdır: 1. Məlum olacaq ki, Ermənistanın o zamankı ali rəhbərliyi və şəxsən S.Sərkisyan Azərbaycanın hərbi əməliyatları başlamaq qətiyyətinin qiymətləndirməsində ciddi səhvə yol vermişdi. S.Sərkisyan orta statistik erməni və orta statistik azərbaycanlı kimi düşünürdü ki, Əliyev hakimiyətinin hərbi əməliyat keçirməyə cürəti və siyasi müstəqilliyi çatmaz. 2. Erməni cəmiyyətinə məlum olacaq ki, Azərbaycan, heç də erməni təbliğatının car çəkdiyi kimi, aprelin 2-də cəbhə boyunca genişmiqyaslı hücuma keçməmişdi. Təsdiq olunacaq ki, aprelin 2-si Azərbaycan iki istiqamətdə məhdud əməliyatlar keçirib, həmin əməliyatın nəticəsində bölmələrimiz tutduqları yüksəkliklərdə dərhal möhkəmlənib, müdafiəyə keçmişdi. Növbəti üç gün ərzində isə məhz erməni ordusu əks-hücumlar keçirib, itirdiyi yüksəklikləri qaytarmağa çalışıb, lakin çoxsaylı itkilər verərək, buna nail olmamışdı. Həmçinin üzə çıxacaq ki, “zinvoriklərin” çoxu aprelin 2-si səhər itirdikləri mövqeləri qaytarmaq məqsədilə keçirilən əks-hücumlarda ölüblər. Daha sonra Ermənistanın hərbi-siyasi rəhbərliyi bu əks-hücumların perspektivsizliyi qənaətinə gəlib və atəşkəsin bərpasına çalışıb”, - o qeyd edib. Polkovnik Aprel müharibəsindən bir müddət sonra Sərkisyan, Ohanyan və başqalarının erməni cəmiyyətini o yüksəliklərin heç bir hərbi əhəmiyəti olmadığına inandırmaq cəhdlərini xatırladıb: “Ermənilər itirilən əraziləri hektarlara çeviriblər (sanki söhbət əkin sahələrindən gedir). Burada sual yaranır ki, itirilmiş yüksəkliklər əhəmiyətsiz idilsə, onda niyə onları qaytarmaq üçün bu qədər gənc erməni həyatını ortaya qoydunuz? Deməli, ölənlər Ermənistanın o zamankı hərbi-siyasi rəhbərliyinin hakimiyyət maraqlarının qurbanları olmuşdu. Komissiyanın əsas gələcəyi qənaət bu olacaq. Belə nəticə isə Paşinyanı tam qane edir”. N.Bayram Aprel müharibəsinin Ermənistan ordusunun təminat-təhcizatında, idarə olunmasında və döyüş qabiliyətində bir sıra nöqsanları üzə çıxardığını bildirib: “Erməni ordusunun anbarlarındakı yanacaq uzun illər satılıb, əvəzinə su əlavə olunurdu. Bu da döyüşdə hərbi texnikanın sıradan çıxmasına səbəb olmuşdu. Ordu və döyüş idarəetməsində digər nöqsanlar da komissiyanın hesabatında əksini tapacaq. Lakin komissiyanın əsas (bəyan olunmayan) məqsədi Paşinyanın devirdiyi siyasi düşmənlərini sıradan çıxarmaqdır. Bu, onun üçün çətin olmayacaq, çünki məhz Aprel məğlubiyəti “Qarabağ klanı”nı erməni cəmiyyətinin gözündən saldı və inqlaba yol açdı. Qarabağ cəbhəsindəki vəziyət həmişə qarşı tərəflərin daxili siyasi proseslərinə birbaşa təsir edən əsas faktor olub və olacaq. Son günlər Sərkisyana qarşı dövlət əmlakını talamaq ittihamı ilə cinayət işinin açılması ilə komissiyanın işinin uzadılması da əlaqəli proseslərdir”.