Kənd Təsərrüfatı Nazirliyi nə işlə məşğul olur... - PROBLEMLƏRDƏN ÇIXIŞ YOLLARI

Baxış sayı:
934

Bəyənmədiyimiz sovet dövründə təsərrüfat sahələrində istifadə edilən miniral kübrələrin böyük bir qismi demək olar ki, Azərbaycanda istehsal olunurdu. Çox az növdə gübrələr başqa ölkədən gətrilirdi. Təsərrüfat sistemi dağıdılandan sonra kübrə təsərrüfatları da sıradan çıxdı. Sonradan bəzi rayonlarda kübrə zavodları açsalar da, görünən odur ki, bu zavodlar təlabatı ödəmir. Xaricidən gətirilən kübrələrin tərkibi kimyəvi maddələrlə zəngindir və buna görə də çoxu təhlükəli hesab olunur. Bu kübrələr məhsulları daha tez yetişdirir, tez xarab olmasının qarşısını alır.Buna görə də bu növ kübrələr bizim iqlimə, torpağa uyğun deyil. Yaxşı olar ki, kübrələr ölkənin daxili potensialı hesabına əldə olunsun. Azərbaycanda belə imkanlar da var, bazarı da, sadəcə, maraq yoxdu. Əgər xaricidən 8 ay ərzində 80 milyon dollar civarında kübrə idxal olunsa, bunu 3 rübə vursaq, təqribən 240 milyon dollar vəsait edir. Hansı ki, kübrə təsərrüfatı yüksək texnologiya tələb edən məhsulu deyil, ən primitiv sahədir.
Əkinçilik sahəsində baş ağardan qocaman aqranomlar, söhbət əsasında qeyd etdi ki, digər sektorda olduğu kimi, gübrəçilik sahəsinin də inkişafı üçün dövlətin biribaşa dəstəyi olmalıdır. “Çünki heç kim küllü miqdarda vəsait qoyub kübrə təsərrüfatı yaratmağa risk etmir. Gübrə istehsalı biribaşa qida təhlükəsizliyi ilə bağlı məsələdir. Bunu dövlət ən azı stimullaşdırıb dəstək verməlidir. Torpağın inkişafından, faydalı qazıntılarından istifadə edib bu sahəni inkişaf etdirmək olar. Kənd Təsərrüfatı Nazirliyi nə işlə məşğul olur ki, hə il kənd təsərrüfatı məhsularının, kübrəni idxalı artır?
Azərbaycan Qafqazın ən böyük pambiqçılıq respublikalarından biri olmasına tekstil məhsullarını xaricidən alır. Primitiv texnologiyalar hesabına başa gələn sənaye məhsullarının ölkəmizdə istehsalı hələ keçən əsrin əvvəllərindən var idi. İndi XX1 əsirdə gübrə istühsal edə bilməmək sadəcə, ayıbdır. Əgər ölkədə illik 240 milyon dollarlıq bazar varsa, bir neçə gübrə zavodu açmaq çox vəsait tələb etməz. Əgər bunu yerli sahibkarlar etmirsə, heç olmasa dövlət etsin”.

Söhbətləşdiyim bəzi kənd təsərrüfatı mütəxəsisləri, fermerlər, mülküyətcilərin sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyi aqrar sahənin öhdəsindən gələ bilmir. “Nazirliyin təqdim etdiyi rəqəmləri Dövlət Gömrük Komtəsi həmişə inkar edir. Kənd təsərrüfatının inkişafı ilə bağlı dövlət proqramları qəbul olunub. Əgər bu proqramları həyata keçirmək üçün hər şeyi xaricidən alacağıqsa, onda bu ölkənın öz istehsalı necə olacaq? İndi neft-qaz sayəsində hər şeyi xaricidən ala bilirik. Sabah neftin qiyməti aşağı düşsə və yaxud istehsal azalsa, idxalı, daxili təlabatı necə qarşılamaq olar? Yaxşı olardı ki, Kənd Təsərrüfatı Nazirliyi cavab versin ki, son 10 ildə gübrə idxalını azaltmaq ücün nə edilib? Niyə kiçik müəssisələrin yaranması üçün təşəbbüs yoxdur? Hər dəfə Gömrük Komitəsinin açıqladığı rəqəmlər Kənd Təsərrüfatı Nazirliyinin rüsvayçılığını göstərir. Ölkədə kim nə istəyir əkir, satır, gətirir. Kartof-söğanın ixracına qadağa qoymaqla qiymətləri tənzimləmək olmur. Heç bir sahədə aqrar sahə də olan qədər potensial, işçi qüvvəsi, torpaq fondu, iqlim və s. imkanlar yoxdur. Kabinetlərdə oturmaq əvəzinə, sahələrə çıxıb fermerlərin problemləri ilə maraqlanmalıdırlar. Bu cətinliklərin nəticəsidir ki, əkinçi məhsulunu baha satmağa məcburdur.
Ölkədə bahalığın səbəbi yerli istehsalçıların kübrə, texnika dərmanlarla təmin edən dövlət orqanlarının olmamasıdır. Bir sözlə, yerli istesala dəstək yoxdur. Bu gün ölkə bazarında satılan kartofun 70 faizi xaricidən ixrac olunub. Kənd Təsərrüfatı Nazirliyinin fəliyyəti dövlət konsepsiyasına ziddir. İqtisadi inkişaf, aqrar sahədə proqramlarla bağlı çox zəif işləyirlər, bazarın ixrac-idxal imkanlarınını hesablamırlar. Nəticəni və vəziyyəti Dövlət Gömrük Kömitəsinin rəqəmləri göstərir.
Əlizadə Nəhmədağaoğlu