"Kəlbəcər 27 ildən sonra gerçək sahiblərinə qovuşub" - TÜRKİYƏ MÜDAFİƏ NAZİRLİYİNDƏN AÇIQLAMA

Baxış sayı:
261

Türkiyənin Milli Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Ermənistanın işğalından azad olunması münasibətilə Azərbaycanı təbrik edib.

Təbrik mətni nazirliyin tvitterində paylaşılıb.

“Qəhrəman Azərbaycan Ordusu Qarabağda qazandığı böyük zəfərdən sonra əldə olunan razılaşma çərçivəsində Ağdamdan sonra Kəlbəcərə daxil olub. Kəlbəcər 27 il sonra gerçək sahiblərinə qovuşub. Şanlı ay-ulduzumuz indi də azan səsləri ilə birlikdə Kəlbəcərdə dalğalanacaq”, - qeyd olunub.

Nazirlik Azərbaycan Ordusunun Kəlbəcərə daxil olması fotolarını da paylaşıb.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında noyabrın 10-da imzalanan bəyanata əsasən, erməni işğalçı ordusu noyabrın 15-də Kəlbəcəri tərk etməli idi. Daha sonra Ermənistana əlavə 10 gün vaxt verilmişdi. Erməni işğalçıları noyabrın 25-də Kəlbəcəri tərk edib.