“KİYEV KABUSU” ÖLMƏYİB - Qəhrəmanın gerçək kimliyi haqda rəsmi açıqlama

Baxış sayı:
3430

Ukraynada müharibə başlayandan bu yana 40-dan çox Rusiya təyyarəsini vurduğu iddia edilən "Kiyev kabusu" ləqəbli qırıcı pilotun öldüyü iddia olunurdu. İngiltərənin "The Times" qəzeti yazırdı ki, Ukrayna mənbələri pilotun ölümünü təsdiqləyiblər. Eyni zamanda həyatını itirən pilotun kimliyi də ilk dəfə açıqlanıb. Bildirilib ki, 29 yaşlı mayor Stepan Tarabalka martın 13-də Rusiya təyyarələri ilə it döyüşü zamanı MiQ-29 təyyarəsinin vurulması nəticəsində həlak olub.
Muxalifet.az
Ukrayna rəsmi dairələrinə istinadən xəbər verir ki, Stepan Taralbalka olduğu iddia edilən “Kiyev kabusu”nun ölümü ilə bağlı yayılan məlumatlar reallığa uyğun deyil.
Bu barədə aprelin 30-da axşam saatlarında Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığının ictimaiyyətlə əlaqələr xidmətində məlumat verilib.
"Bir daha Ukrayna ictimaiyyətindən xahiş edirik ki, məlumatı yaymazdan əvvəl mənbələri yoxlasınlar. Ukrayna Qəhrəmanı Stepan Taralka "Kiyevin kabusu” deyil və o, 40 təyyarəni vurmadı. 13 mart 2022-ci ildə mayor Stepan Taralka rus işğalçılarının üstün qüvvələri ilə hava döyüşündə qəhrəmancasına həlak oldu”.
Eyni zamanda komandanlıq qeyd edib ki, “Kiyev kabusu” deyilən bir şəxs yoxdur.
“"Kiyev kabusu” əfsanəvi super-qəhrəmandır, onun haqqında danışılanlar ukraynalılar tərəfindən bir mif olaraq yaradılmışdır! Bu, paytaxtın səmasını qoruyan Hərbi Hava Qüvvələrinin 40-cı taktiki aviasiya briqadasının pilotlarının kollektiv obrazıdır. Onların harada qəfil peyda olacağı gözlənilmir”, - hərbçilər bildirib.
"Kiyev kabusu” kimdir
Qeyd edək ki, “Kiyev kabusu” 2022-ci ilin fevralında - Rusiya işğalının başlanmasından yalnız ilk 30 saat ərzində Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29-da Rusiyaya məxsus 6 təyyarəni vurduğu iddia edilən ukraynalı hərbi pilot haqqında yayılan əfsanəsidir. Mənbələrin heç biri bu haqda hansısa rəsmi təfərrüat və sübut təqdim etməyib, lakin qəhrəman müdafiəçinin şəkli Ukrayna mediasında geniş şəkildə yayılıb.
Cümə günü, aprelin 29-da Britaniyanın ən nüfuzlu qəzetlərindən biri olan “The Times” əfsanəvi metropolitan “Ghost” haqqında məqalə dərc edib. Nəşr öz yazısında hava döyüşündə həlak olan mayor Stepan Tarabalkanın adını verib.
Muxalifet.az