"Kitayski" toxumdan əmələ gələn nəhəng xiyarlar kəndliləri qorxuya saldı - UZUNLUĞU 1 METRİ KEÇİR, ÇƏKİSİ 30 KQ...

Baxış sayı:
16384

Türkiyənin Bartın rayonunda Kozcağız qəsəbəsində yetişdirilən xiyar görənləri heyrətə salır. Qəsəbə sakini, 63 yaşlı Müyəssər Acıbalın ötən il Çin vətəndaşından aldığı xiyar toxumu bu il məhsul verib. Amma tərəvəzin çəkisi 30 kiloqram, uzunluğu isə 1 metrə yaxındır. Virtualaz.org xəbər verir ki, ilk dəfədir belə xiyar görən sahibkar tərəvəzin tağını kökündən çıxarıb və əklini çəkərək Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin rayon nümayəndəliyinə göndərib. Nemayəndəlikdən şəkildəkinin xiyar növü olduğunu təsdiqləyiblər. Onların sözlərinə görə, əgər tağından qoparılmasaydı, bu tərəvəz bir qədər də böyüyəcəkdi. Sakinlərdən biri deyir ki, xiyarın nəhəng ölçüsü onları qorxuya salıb. Təhlükəli olduğunu düşünərək toxumu verən çinli ilə əlaqə saxlayıblar. Lakin çinli bildirib ki, bu xiyar böyük ölçüdə olur və onu yemək təhlükəli deyil: “Xiyar hər gün bir neçə sm böyüyürdü. Əgər qopartmasaydım, bundan da böyük olacaqdı. Mən heç vaxt belə bir tərəvəzi yeyə bilmərəm, biz buna öyrənməmişik. Gələn il də əkməyi düşünmürəm”, - M. Acıbal deyib.