​Kim Çen alkoqollu tədbirləri qadağan etdi - DİSKOTEKALARA, PİVƏ FESTİVALLARINA YOX!

Muxalifət.az xəbər verir ki, Şimali Koreyanın lideri cənab Kim Çen In alkoqollu içkilər və musiqi olan bütün tədbirləri qadağan edib. Yeni qadağanların Şimali Koreyaya qarşı yeni iqtisadi sankdiyaların təsirini azaltmaq üçün tətbiq edildiyi bildirilir.
Şimali Koreyanın dövlət başçısı Kim Çen In 5 ay bundan əvvəl isə pivə festivalını qadağan eləmişdi.
Bazar ertəsi günü cənubi koreyalı deputatlara kəşfiyyat məlumatları çatdırılan brifinqdə deyilmişdi ki, yeni məhdudiyyətlər, başda ABŞ olmaqla xarici dövlətlərin istisadi sanksiyalarına cavab olaraq xalqı nəzarət altında saxlamaq məqsədilə qoyulub.