Kanadada ermənilər azərbaycanlılara hücum etdilər - XƏSARƏT ALANLAR VAR

Baxış sayı:
1635

Ermənilərin Kanadada yaşayan həmvətənlərimizə qarşı təxribatı davam edir.

“Report” xəbər verir, Kanadanın ən böyük şəhərlərindən biri olan Torontonun “North York” bölgəsində 7 nəfər erməni 2 həmvətənimizə hücum edərək soydaşlarımıza soyuq silahlarla xəsarət yetiriblər. Bununla yanaşı, soydaşlarımızın avtomobilləri də yararsız hala salınıb.

Şahidlərin sözlərinə görə, ermənilərdə silah, kəsici alət və dəyənək olub.

Hadisə ilə əlaqədar əraziyə polis cəlb edilib, araşdırma aparılır.