“KADIROVÇU”LAR DİNC SAKİNLƏRƏ ATƏŞ AÇIR, ONLARIN ƏRZAQLARINI ZORLA APARIRLAR... - Çerniqov vilayətində sakinlər Kadırovun döyüşçülərinin vəhşiliklərindən danışıblar

Çerniqov vilayətinin Novıy Bıkov kəndində “Kadırovçu” döyüşçülər yerli sakinlərin evlərinə hücum edir, onların yeməklərini zorla aparırlar.
Qafqaz.media xəbər verir ki, bu barədə Ukraynanın Strateji Kommunikasiyalar və İnformasiya Təhlükəsizliyi Mərkəzi məlumat yayıb.
Açıqlamada bildirilir: "Rusların hücum xəttində yerləşən Novıy Bıkov kəndində üzərində "O" işarəsi olan çoxlu xarab və atılmış texnika var. Yerli sakinlər deyir ki, hazırda “kadırovçular” kəndə nəzarət edir, onlar yerli sakinlərin bütün ərzaq məhsullarını götürüblər”.
Sakinlər onu da deyir ki, işğalçılar evlərinin yaxınlığında hərbi texnika yerləşdirib və mülki əhalini atəşə tuturlar. Şahidlərin sözlərinə görə, ruslar 1941-ci ildən davam edən “böyük vətən müharibəsi”ndə iştirak etdiklərini düşünürlər.