​Joze Mourinyo İspaniyada vergidən yayınmaqda ittiham olunur

O, 2010-2013-cü illərdə Real Madriddə işləyən zaman, təxminən, 3,3 milyon avro məbləğində vergi ödəməməkdə ittiham olunur
İngiltərənin "Mançester Yunayted" futbol klubunun baş məşqçisi Joze Mourinyo İspaniyada vergidən yayınmaqda şübhəli bilinir.
"Report" "İnterfaks"a istinadən xəbər verir ki, mütəxəssis 2010-2013-cü illərdə "Real Madrid"də işləyən zaman imic hüququna görə gəlirindən, təxminən, 3,3 milyon avro məbləğində vergi ödəməməkdə ittiham olunur.
J.Mourinyonun təmsilçiləri qanun pozuntusu olması fikrini inkar edirlər, onlar portuqaliyalı məşqçinin İspaniyada yaşayan zaman vergi kimi 26 milyon avrodan çox ödəniş etdiyini iddia edirlər.