İtaliyada limanda partlayış baş verdi
28-03-2018 18:24
Baxış sayı:
6631

İtaliyanın Livorno şəhərinin limanında partlayış baş verib.
Bu barədə RİA “Novosti" xəbər verir.
İlkin məlumatlara görə, limanda sistern partlayıb və nəticədə bir neçə fəhlə xəsarət alıb.
Hadisə yerinə yanğınsöndürənlər və təcili yardım briqadaları cəlb olunub.
Tezalışan mayelərin saxlandığı zonada yaşayan insanlar təxliyyə edilib.




















