İstanbulu topa tutan İngiltərə sualtı qayığının görüntüləri yayıldı

Baxış sayı:
272

Birinci Dünya Müharibəsi ərəfəsində Türkiyənin İstanbul və İzmir şəhərlərini topa tutan İngiltərəyə məxsus sualtı qayıq ilk dəfə lentə alınıb.
Belə ki, müharibə ərəfəsində Nara burnunda batan sualtı qayıq "E7" 104 ildən sonra TRT (Türkiyə Radio Televiziya Qurumu) və ölkənin Hərbi Dəniz Qüvvələrinin birgə həyata keçirdiyi layihə əsasında lentə alınıb.
Qeyd edək ki, Birləşmiş Krallığa məxsus sualtı qayıq 1914-cü ildə inşa olunub. 54 metr uzunluğunda və 600 ton ağırlığındakı gəmidə 31 matros fəaliyyət göstərib. "E7" Birinci Dünya Müharibəsi ərəfəsində Çanaxqalaya göndərilə 10 "sualtı"dan biri idi./euronevs