İsmayıllıda ağır yol qəzası
15-09-2018 18:40
Baxış sayı:
2437
İsmayıllıda yanğınla müşayiət olunan yol qəzası baş verib.
Muxalifet.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, “VAZ” markalı minik avtomobilinin yol kənarındakı beton maneəyə çırpılması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.
Yanğın nəticəsində avtomobilin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.