İslahat etmək istəyən ölkə Mixail Saakaşvilini çağırır... - Növbə hansı paytaxtındır?

Baxış sayı:
562

Muxalifet.az Ria.ru-ya istinadən xəbər verir ki, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Kişinyova gəlib. 
Moldovanın Baş naziri Maya Sandu, bu ilin iyul ayında ölkənin ədliyyə sistemində islahat aparmaq üçün Saakaşvilidən kömək almaq istədiyini söyləyib. Saakaşvili Ukraynadakı seçki kampaniyasında iştirak etdiyinə görə , baş nazir onun komandasındakı mütəxəssisləri dəvət etmək istəyib. Moldovanın baş naziri ümid edir ki, beynəlxalq tərəfdaşlar Moldova ədliyyə sistemində və prokurorluqda islahatlar aparılması üçün ixtisaslı məsləhət verə biləcəklər.
Mixail Saakaşvili Moldovaya gəlib. Təsadüf? Gürcüstanın sabiq prezidentinin Kişinyova səfəri daxili siyasi böhranla üst-üstə düşüb. Cümə günü sosialistlərin parlament fraksiyası Maya Sandu hökumətinə etimadsızlıq səsverməsi təşəbbüsü ilə çıxış edib.
Daha əvvəl Saakaşvili Sandu hökumətinə dəstək verəcəyini ifadə edib və kömək etməyə, təcrübə mübadiləsinə hazır olduğunu bildirib.