"İrəvan Türk Dövlətinin Özgürlük Ordusu..." - Cahandar Bayoğludan Qafar Çaxmaqlıya müraciət!

Baxış sayı:
2885

İrəvan Türk Dövləti Millət Şurasının Başqanı sayın Qafar Çaxmaqlı bəy əfəndinin diqqətinə!

İrəvan Türk Dövləti Millət Şurasının Başqanı sayın Qafar Caxmaqlı bəy, bildiyiniz kimi işğalçı ermeni-rus çətələrinin qurub-qullandığı erməni terrorçu dövlətinin Azərbaycan Respublikasına hərbi saldırıları getdikcə daha geniş miqyas almaqdadır. O da bir gərçək ki, bu terror dövləti yerli Türklər soyqırıma məruz qalaraq ata yurdlarını tərk etdirilərək, tarixi Azərbaycan topraqlarında qurulmuşdur. Sizin Başqanlığınızda qurulan Mühacir İrəvan Türk Dövləti Ata Yurda dönüşü, tarixi milli topraqlarımızda dövlət quruluşunun gerçəkləşməsini hədəfləyir. O da bir gerçək ki, bu qutlu mücadilədə uluslararası hüquq və haqq sizinlədir.

Bu çətin və məsuliyyətli günlərdə sizə və başqanlığını yürütdüyünüz Millət Şurasına müraciət edərək, xahiş edirəm ki, İrəvan Türk Dövlətinin quruluşu başa çatana qədər ordu quruculuğunu Millət Şurası öz üzərinə götürsün və İrəvan Türk Dövlətinin Özgürlük Ordusu (İTDÖO) yaradılsın. Yaradılmış Özgürlük Ordusu Tarixi Yurdlarımızın erməni terrorcu güclərdən azad edilməsini öz üzərinə götürsün. İTDÖO hərbi səfərbərlik etsin, əsgəri təcrübəsi olan dünya türkləri ordu quruculuğuna cəlb edilsin.

Sayın Başqan, inanıram ki, ən qısa zamanda müraciətimiz müzakirə olunub uyğun qərarlar veriləcəkdir.

Sayqılarla, Cahandar Bayoğlu.

Turan Partiyası GK Başqanı

QAİR Mətbuat Xidməti