İraqdan “İran” etirafı: TƏSİRLİ GÜCDÜR

İraq prezidentinin köməkçisi Usamə Nuceyfi, İranın İraqda həlledici güc olduğunu deyib.
 
Vaşinqtonda keçirilən bir toplantıda türkdilli Mutəhiddin Koalisiya başqanı və İraq prezidentinin köməkçisi Usamə Nuceyfi, İraqdakı siyasi proseslər haqqında danışıb.
Nuceyfi, "İran, İraqda təsirli bir qüvvədir və hər bir məsələyə, o cümlədən QHT-lər, siyasi partiyalar, silahlı milislərə nəzrət və təsir edə bilir. İraqın qərarlarında İran təsiri aydın görünür. İran, Suriya və Livana bir dəhliz açmaq istəyir. Bu, İranın Ərəb dünyasının şərq hissəsini ələ keçirmək xülyasıdır" deyə, fikir bildirib.
Prezident köməkçisi, Bağdadın Kürd bölgəsinə qarşı beynəlxalq koalisiya yaratdığını da iddia edib.
Müxalifət.az