İraqda Türkmən zabitləri həbs edirlər!

Baxış sayı:
2113

İraqda prezidentin seçilməsi və yeni hökumətin qurulması ilə birlikdə  qalmaqal həbs başlayıb. Təqaüddə olan 7 Türkmən zabit saxlanılıb. Bu vəziyyət Hələpçə qırğını bəhanəsi ilə İran-İraq müharibəsinə qatılan Türkmən zabitlərdən qisas alındığı kimi qiymətləndirilib.
 
İraq kəşfiyyatı tərəfindən hazırlanan qalmaqal hesabatla ordudan təqaüdə çıxan 7 Türkmən zabit saxlanılıb. Türkmən zabitlərin həbs olunmalarına əsas olaraq 1980 İran-İraq müharibəsi və 1988 Hələpçə qətliamında iştirak etmələri göstərilib. Qalmaqal əməliyyata böyük təpki göstərən İraq Türkmənləri, həbslərin İran-Talabani-Barzani arasında keçirilən prezident seçkisi və yeni hökumətin qurulması ilə bağlı danışıqlardan sonra başladığını vurğulayıb.
 
Proses 2006-da başladı
 
Təqaüddə olan Türkmən zabitlərin nəzarətə alınma prosesi 2006-ci ildə başlayıb. “Yeni Şəfəq” qəzetinə açıqlama verən yüksək səviyyəli İraqlı səlahiyyətli, Hələpçə qırğını bəhanəsi ilə İran-İraq müharibəsinə qatılan İraqlı Türkmən zabitlərdən intiqam almaq istədiyini bildirib. İraqlı mənbə, 2006-ci ildə həbs siyahısı hazırlanıb, ancaq tətbiq edilmədiyini, 2010-ci ildə bu siyahının bir daha yeniləndiyini, ancaq məzhəb müharibəsi xofu ilə təxirə salındığı məlumatını verib. İraq Xüsusi Xidməti və Daxili İşlər Nazirliyinin 8 ay əvvəl yenidən dosyeləri qaldırdığını və daxili işlər naziri Qasım əl Aracı tərəfindən əməliyyatın başlanıldığı qeyd edilərkən, Türkmən zabitlərə işgəncə verildiyi və cinayəti etiraf etmək üçün işgəncəyə əl atdıqları qeyd edilib.
 
Gündəmi dəyişdirmə taktikası
 
Prosesləri dəyərləndirən İraqlı Türkmənlər, təqaüddə olan mayor, polkovnik və kapitan rütbəsində olan Türkmənlərin gündəm dəyişdirmə məqsədli nəzarətə alındığını bildirib. Mayor Fevzi Həsən, Türkmən Cəbhəsinin gərgin səyləri nəticəsində sərbəst buraxılıb. Başda mayor Abdulsettar və kapitan İlham Bəy olmaqla, digər 6 nəfərin nəzarət müddəti isə davam edir. İraqlı Türkmənlər, Hələpçə qətliamında Səddamın xüsusi qoşunlarının iştirak etdiyini və heç bir Türkmənin bu prosesdə iştirak etmədiyinin məlum olmasını istəyir.
Müxalifət.az