​İrandan keçən Rusiya qırıcıları İŞİD-i bombaladı

Rusiyaya məxsus TU-22M3 bombardmançı təyyarələri Suriyanın Deyr əz-Zor şəhərinin Əbu Kamal səmtində İŞİD mövqelərinə növbəti dəfə aviazərbələr endirib.
Muxalifet.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Əməliyyatda 6 qırıcının iştirak etdiyi bildirilib.
İran və İraq hava məkanından Suriyaya yaxınlaşan qırıcılar İŞİD-ə aid istinadgahları, sığınacaqları və hərbi texnikaları məhv edib.