İRANDA GÜCLÜ PARTLAYIŞ - Yüzlərlə insan xəsarət aldı

Baxış sayı:
3763

İranın qərbində xlor balonunun partlayışı nəticəsində xəsarət alanların sayı 217 nəfərə çatıb.

Bu barədə "Report" "Mehr" agentliyinə istinadən xəbər verir. 

Hadisənin başvermə səbəbləri araşdırılır.
***22:29

İranın qərbində xlor balonunun partlayışı nəticəsində azı 120 nəfər xəsarət alıb.

Bu barədə İlam vilayətinin Çardaval sahəsi üzrə rəhbəri İlyas Fəttahi bildirib.

"Xlorun (balonun-red) partlayışı nəticəsində zərər çəkənlərin sayı 120 nəfərə çatıb", - “Tasnim” agentliyi ondan sitat gətirib.

Agentlik bildirib ki, xilasetmə xidmətlərinin əməkdaşları ərazidədir, vəziyyət nəzarət altındadır. Hadisənin başvermə səbəbləri araşdırılır.