İran vətəndaşları Gürcüstana buraxılmadı - RƏSMİ AÇIQLAMA

Baxış sayı:
2068

"Qırmızı Körpü" gömrük-sərhəd keçid məntəqəsi gücləndirilmiş iş rejiminə keçib.

Bu barədə Gürcüstanın İctimai telekanalı məlumat yayıb. 

Bildirilib ki, gömrük-sərhəd keçid məntəqəsindən istifadə edən bütün şəxslər koronavirus təhlükəsi ilə əlaqədar yoxlanılır, yüksək bədən temperaturu müşahidə edilən vətəndaşlara isə Gürcüstan ərazisinə daxil olmağa icazə verilmir.

Yoxlamalar zamanı gömrük-sərhəd keçid məntəqəsindən iki İran vətəndaşı Gürcüstana buraxılmayıb.