İran vasitəsilə Ermənistana Rusiya silahları daşınıb? - SƏFİRLİK AÇIQLAMA YAYDI

Baxış sayı:
4615

İranın Azərbaycandakı səfirliyi İran vasitəsilə Rusiyadan Ermənistana silah daşınması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Səfirlikdən verilən məlumatda qeyd edilir: “Bəzi KİV-lərdə İran İslam Respublikasının "Norduz" sərhəd keçid məntəqəsindən Rusiyaya məxsus silah və hərbi texnikanın Ermənistana daşınması haqqında yayılan xəbərləri nəzərə alaraq bildirmək istərdik ki, bu xəbərlər yalan və əsassızdır.

Bu xəbərlər iki ölkə arasındakı inkişafda olan dostluq və əməkdaşlıq münasibətlərini ləkələmək məqsədilə hazırlanıb və qətiyyən doğru deyil”.

Qeyd edək ki, son vaxtlar İranın "Norduz" sərhəd keçid məntəqəsindən Rusiyaya məxsus silah və hərbi texnikanın Ermənistana daşınması barədə məlumat yayılıb.