İran - Ermənistan əməkdaşlığının Metsamor AES sirri - Ermənistan İrana atom silahı... -Təhlil

Baxış sayı:
4720

Vaxt keçdikcə, erməni və ya Metsamor AES təcili olaraq istismardan çıxarılmasa və sərt beynəlxalq nəzarət altına alınmazsa, bu stansiyanın bütün nüvə materialları qlobal fəlakətə səbəb ola bilər.
Bu qorxu, İrəvandakı rejimlə yüksək səviyyədə əməkdaşlıqda olan İranın kifayət həcmdə nüvə silahı istehsalı üçün lazımlı miqdarda zənginləşdirilmiş xammala sahib olması ilə şərtlənir.
Xüsusilə, Cenevrədə Nüvə Fəlakətinin Qarşısının Alınmasına dair Beynəlxalq Lüksemburq Forumunun Müşahidə Şurasının son iclasında onun prezidenti Vyaçeslav Kantor İranın nüvə proqramı ilə bağlı vəziyyətdən xüsusi narahatlığını bildirdi. Onun fikrincə, İran uranın zənginləşdirilməsi üçün icazə verilən hədləri artıq keçib: (https://mkisrael.co.il/video/2019/12/05/vyacheslav-kantoriran-uzhe-prevy...)
Vyaçeslav Kantor inanır ki, kəskinləşmiş İran probleminin həll olunmaması, tezliklə İranın nüvə silahı yaratmasına səbəb ola bilər. Xüsusilə Tehranın nüvə silahının inkişafına verdiyi önəmi nəzərə alsaq, deyə bilərik ki, bu mümkündür.

Bu onunla izah olunur ki, İrəvan rejimi ilə nüvə sahəsində əməkdaşlıqda maraqlı olan İran "İslam" Respublikasının Ermənistanın ərazisindəki şiə müsəlmanlarına qarşı həyata keçirdiyi müsəlman soyqırımını və etnik təmizləməni, həmçinin Qarabağın-Azərbaycan torpaqlarının işğal etdiyini “görmür”. Görünür, İrəvanla nüvə əməkdaşlığı artıq Tehran üçün bəhrəsini verməkdədir. Zənginləşdirilmiş uran (Sovet İttifaqının Metsamordakı stansiyası elektrik enerjisi istehsal etməklə yanaşı-uranı zənginləşdirmək və atom silahı üçün plutonium istehsal etmək üçün nəzərdə tutulmuşdur) Ermənistanla əməkdaşlıq sayəsində kifayət qədər qısa müddətdə İranın əlində olacaq.
Ancaq yalnız İranın nüvə silahı yaratmaq üçün Metsamor AES-in nüvə potensialından icazəsiz istifadə bəşəriyyət üçün ölümcül  təhlükə deyil. Metsamor AES-in özünün təhlükəsizlik problemləri də eyni dərəcədə təhlükəlidir. Artıq illərdir ki, bu obyektdən çıxan radioaktiv maddələr "tarakan kimi yayılmışdır". Gürcüstanda dəfələrlə nüvə materialları alverçiləri və qaçaqmalçıları tutulub. Onlardan neçə nəfər həbsdən qaça bildi? Gürcüstan ərazisində və digər ölkələrdə Metsamor-dan gələn nə qədər "nüvə palçığı" var? Bu barədə heç kim bilmir.
Əgər erməni hakimiyyəti radioaktiv materialların qanunsuz dövriyyəsinin qarşısını almaq üçün heç bir iş görmürsə, Metsamor AES-in təhlükəsizliyi ilə bağlı digər ərazilərdəki vəziyyətin (həm də köhnəlmiş) nə qədər fəlakətli olduğunu güman etmək olar.


Nüvə təhlükəsizliyi sistemindəki "uğursuzluqlar" və kiber hücumlar nəticəsində qlobal nüvə fəlakəti təhlükəsi, Cenevrədə Nüvə Fəlakətinin Qarşısı Beynəlxalq Lüksemburq Forumunun Müşahidə Şurasının iclasında müzakirə edildi. Bu barədə RİA "Novosti" "Ekspertlər nüvə müharibəsinin başlanmasının mümkün səbəblərini qiymətləndirdi" başlığı altında gedən informasiyada vicdanla doğru məlumat verdilər (https://ria.ru/20191204/1561961226.html?fbclid=IwAR0i7_vBmVzhHRosE8Kj4QP...).
Lüksemburq Forumunun prezidenti Vyaçeslav Kantor xüsusi vurğuladı ki, “İndiki zamanda nüvə fəlakəti təhlükəsi soyuq müharibə zamanındakından daha yüksəkdir. Bu təhlükə nüvə silahının qəsdən istifadəsində deyil, insan səhvləri, sistem səhvləri, anlaşılmazlıq və ya səhv hesablamalar nəticəsində mümkün olmasındadır. Risklər yeni kiber texnologiyalarla gücləndirilir. “Silahlara nəzarəti təmin edən sazişlərin pozulması ilə ortaya çıxan stateji sabitliyin dağılması planetdəki böhranların və müharibələrin “topa kimi yığılması” ilə eyni vaxtda baş verir ki, bu da nəzarətsiz eskalasiya və risklərə səbəb ola bilər".
Vyaçeslav Kantorun sözlərinə görə, kiberhücumlar indi birbaşa nüvə dövlətlərinin dövlət infrastrukturuna daxildir (Rusiyada xaricdən kiberhücumların dəfələrlə artması barədə danışıblar). Eyni amil "nəzəri olaraq nüvə silahının icazəsiz tətbiqinə səbəb ola bilər".
ABŞ-ın sabiq MN Vilyam Perri, Cenevrədə Lüksemburq Forumunun iclasında, Pentaqonda işləyərkən şəxsən əsl nüvə apokalipsisi ilə təhdid yaradan vəziyyətlə iki dəfə qarşılaşdığını söylədi. Birincisi, Perri, prezident John F. Kennedy üçün kəşfiyyat hesabatları hazırlayarkən yaranan Karib böhranı. İkinci hadisə, 1979-cu ildə Perrinin işlədiyi dövrdə ABŞ-ın NORAD nüvə hücumu xəbərdarlıq sistemindəki xəta idi.
"Gecə saat 3də növbətçi zabit məni oyatdı ... Dedi ki, kompüteri Sovet İttifaqından ABŞ-a gələn yolda 200 İCBM göstərir. O, tez izah etdi ki, kompüter səhv edir - vəziyəti çözmək üçün məni çağırdı ”deyə Perri xatırladı. Onun sözlərinə görə bu təcrübə göstərdi ki, texniki səhv üzündən nüvə müharibəsi başlaya bilərdi".
Suallar ortaya çıxır: əgər əldə olan məlumatlara görə, Metsamor AES-i İrana nüvə silahına sahib olmağa kömək üçün istifadə olunursa, oradan radioaktiv materialların sızmasına nəzarət yoxdursa, o zaman kiber təhdidlərlə mübarizə üçün heç bir tədbir görülmür. Bu o deməkdir ki, terrorçular və təcavüzkarlar AES-in idarəetmə sisteminə daxil ola bilərlər, qəza və nüvə fəlakətini törədə bilərlər.
Həm Metsamor AES-nin, həm də Ermənistanın bütün enerji sisteminin kiberhücumlara açıqlığı göz qabağındadır. Xüsusilə erməni millətindən olan "kiber cinayətkarların" ın və xakerlərin çoxluğunu, onların həddindən artıq erməni millətçiliyi və terroru ideyalarına bulaşdıqlarını nəzərə aldıqda bunun mümkünlüyünü görə bilərik.

Erməni “Sasna Tsrer” terror qruplaşması öz polis bölməsini ələ keçirdiyi kimi, erməni xakerlər də öz dəlisov millətçi ideyalarından çıxış edərək Metsamor AES fəlakətə çevirərək təhdid altında qoya bilərlər. Zəlzələ olmasa da ( Metsamor AES-in ərazisində ehtimal çoxdur) bu obyekt istənilən vaxt qlobal nüvə fəlakətinə səbəb ola bilər.
Çox qəribədir ki, NFQA-na dair Beynəlxalq Lüksemburq Forumunun Müşahidə Şurasının iclasında heç kim İranın nüvə silahına sahib olması və bu sahədə Ermənistanla əməkdaşlığı arasındakı açıq əlaqəyə toxunmadı və Metsamor AES-in dərhal bağlanması məsələsi qaldırılmadı.
"Kavkaz plyus"
Hazırladı: Şükürova Ülviyyə
Muxalifet.az