İran “DQR”i müstəqil ölkə kimi tanıyıb? – “Videogörüntülərdə Qarabağ bayrağı görünmür”- İran səfirliyi

Baxış sayı:
9253

Bu ilin 16 sentyabrında  İranın paytaxtı Tehranda təşkil olunan “Erməni olimpiadası” 10 gün davam edəcək.  

Yarışa 9 idman növü üzrə 800 atlet qatılıb. İran, Ermənistan, Gürcüstan, Livan, Misir, Oman, İraq, Sudan, Yəmən və digər Orta Şərq ölkələrini təmsil edən idmançılar qüvvələrini sınayacaqlar.  Qondarma Dağlıq Qarabağ rejiminin idmançılarının bu yarışlarda təmsil olunması barədə xəbərlərin yayılmasıdır. Hətta idman geyimlərində “Artsax” yazılmış idmançıların qondarma rejimin bayrağı ilə təmsil olunduqları bildirilir.

Turkustan.info bildirir ki, İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Əli MusəviCebhe.info-ya açıqlamasında qondarma DQR-in yarışda təmsil olunması xəbərini təkzib edib:

“Mənə İrandan verilən məlumata görə, Dağlıq Qarabağ adı altında olimpiyadaya heç kim getməyib. Videogörüntülərdə də Qarabağ bayrağı görünmür. Ermənistan tərəfindən olimpiyadada iştirak edən idmançılar elə Ermənistan adından qatılıblar”.