İki qanlı yanvar, iki müsəlman dövlətinin qara taleyi – ELDAR SABİROĞLU YAZIR

Baxış sayı:
796

Ürək gərək daşdan, ya da qaya parçasından olsun ki, dözə biləsin. Çox çətindir!!! Qazax qardaşlarımızın başına açılan 02  yanvar 2022-ci il müsibəti mənə 20 yanvar 1990-ci ildə rus ordusunun Azərbaycana soxularaq  törətdiyi qanlı faciəni xatırlatdı. Üzərindən 30 il keçməsinə baxmayaraq hadisənin arğı və acılarını unutmaq, yaddan çıxarmaq olmur.
O zaman sovet qoşunları adı altında dişinə qədər silahlandırılmış ruslardan ibarət hərbi qüvvələrin dinc əhaliyə qarşı amansız divan tutması, uşaq-böyük tanımadan qarşılarına çıxanı öldürməsi tarixin yaddaşına qaniçən bir dövlət kimi düşsə də, Kremlə bu bir dərs olmadı. Vəhşi tarix yenidən təkrar edildi. Bu dəfə Qazaxıstanın simasında biz bu dəhşətli  qırğının canlı şahidləri olduq. Guya ki, xarici qüvvələrin iştirakı ilə Qazaxıstanda qanuni hakimiyyətin devrilmə təhlükəsi artıq reallığa çevrilir, odur ki, heç bir halda gecikmək olmazdı.
KTMT-yə məxsus hərbi  kontingent  Qazaxıstana göndərildi. Əlbəttə, bu bir bəhanə idi. Cinayətin səbəbləri və səbəbkarları ortadadır. Son Soçi görüşü və bundan sonra Artıq Rusiya ordusunun bütünlüklə Qazaxıstanı mühasirəyə alması barədə xəbərlər  yayılır. Təsəvvür edirsinizmi bu nə deməkdir!? Fəqət, Qazaxıstan dövlət olaraq başqa dövlət tərəfindən əsir götürüldü. Bu nə BMT-nin, nə digər beynəlxalq birliyin qayda və qanunlarına, hüquqi normalarına, nə də Rusiyanın dövlət olaraq öz  konstitutsion tələblərinə uyğun gəlmir. BMT Təhlükəsizlik Şurasının 5 üzvündən biri olan Rusiyanın dünyanın gözü qarşısında bu işğal faktını gerçəkləşdirməsinə beynəlxalq ictimaiyyətin susqun dayanmasını, küçələrə tökülüşüb qazax xalqının Rusiyanın əsarətindən xilas edilməsi üçün səslərini qaldırmamaları acı təəccüb doğurur. Başa düşürəm ki, işlər mənim dediyimlə bitməz. Lakin törətdiyi əmələ görə Rusiyanın bundan sonra BMT Təhlükəsizlik Şurasında üzvü kimi fəaliyyətini davam etdirməsinə mənəvi hüququ qalmamışdır. 
Qanlı cinayətin ünvanını azdırmaq üçün Kreml cəfəng təbliğat maşınını işə salmışdır. Əsl cinayətkarı okean sahillərində axtarmağa gərək yoxdur. Burada bir mühüm suala cavab axtarmamız lazım gəlir. Görəsən, ABŞ hökuməti, eləcə də NATO rəhbərliyi  nə zamanədək kabinet və təmtəraqlı kürsü bəyanatlarını, açıqlamalarını davam etdirmək niyyətindədirlər!? Rusiya dünyaya ağalıq etməyə başlayır, Qərb və Amerika isə barmaq silkələməklə məşğuldur. Bir azda səbr eləyin, SSRİ-ni elan etməyə sayılı günlər qalır. Artıq  Putinin səsinə səs verənlər arasında Lukaşenkonu görürük. Özbəkistanı Qazaxıstandan dərs çıxarmağa və ağıllı olmağa çağırır.
Jirinovski isə alçaq tərzini nəinki dəyişib, əksinə bütün müsəlmanları qoyun adlandırıb və xitab edərək: "Eybi yoxdur, bizim qoyunlardı, yemlərini azca kəsib düzəldərik".
Doğrudanmı, qoyunuq!? Amma onun donuz olduğu bütün yer kürəsinə bəllidir.
 
Eldar Sabiroğlu, 
keçmiş millət vəkili