“Heç kəsin yaşamadığı mənzilə 5 ay niyə pul ödəyirsiniz?” – NATİQ CƏFƏRLİ MƏDƏNİYYƏT NAZİRLİYİNƏ SƏSLƏNDİ

Baxış sayı:
1958

“Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblı var. Mədəniyyət Nazirliyi keçən il Rusiyanin xalq artistlərinin biri ilə müqavilə bağlayır ki, həmin şəxs 5 ay Bakıda qalıb ansambla dərs keçəcək. Bu məqsədlə nazirlik artistin hesabına 26 min 200 manat (aya 5240 manat) pul köçürür, qonağın rahatlığı üçün isə Bakıda 5 aylıq 7 min 200 manata (aya 1440 manat) kirayə ev tutur”. 

Bu barədə REAL Partiyasının icra katibi, iqtisadçı Natiq Cəfərli qeyd edib.

“Gördünüz gəlmir, imtina edin də..”

“Bura qədər hər şey normal görünür. Xalq artistinə aya 5240 manat qonorar vermək olar. Hörmətli qonağa ayı 1440 manat ev də tutmaq mümkündür. Amma qəribəsi budur ki, nə o qonaq Bakıya gəlib, nə də elə bir treninq olub. Sadəcə, Mədəniyyət Nazirliyi ödənişlər edib. Xub, artistə qabaqcadan pul verəcək qədər safsınız (elə deyək), bəs, heç kəsin yaşamadığı mənzilə 5 ay niyə pul ödəyirsiniz?! Gördünüz gəlmir, imtina edin də. Yoxsa o mənzili 5 ay “xata” kimi işlətmisiniz, ay xatakarlar?”-deyə iqtisadçı əlavə edib.