Hədəfdəki Azərbaycan: 76 “satqın”, NEXTA , müxalif qurbanlar və Qarabağın Tovuzu…

Baxış sayı:
1003

Belarusda prosses belə başladı. Lukaşenkonun təkrar prezident seçilməsinə etiraz edənlədən biri güllələndi. Hadisə durmadan tirajlandı, cinayət dövlətin boynunda qaldı. Beləcə dünya Belarusun üstünə töküldü. Və Belarus xalqı “ayağa qalxdı”. Əslində bu xalq hərəkatı yox, kütlə hərəkatıdır. Altını cizərək qeyd edirəm, kütlə hərəkatı.

Bu da bir faktdır ki, kütlə var xalqdan nəhəng görünür. Ən vacibi, doğurdan da xalq hərəkata başlasa, heç bir güc, ona qarşı dura bilməz. Çünki XALQa toxunduqca o, hər kəsə kükrəyir. Məsələn, SSRİ məhz xalqlar qilabının nəticəsində süqut etdi. Bunu niyə qeyd etdim. Avropanın, Qərbin, Şimalın, hətta Cənubun Azərbaycanda məqsədyönlü faliyyətinin genişlənməsi üçün məhz xaqın reaksiyası yoxdur. Bir də o ölü yoxdur. Belarusdakı silahlı insidentdə, qətl edilən, üzərindən ciddi proselərə keçid edilən ölü. Bu xaricdəki hər kəsin və daxildəki radikalalrın əlini çox şeydə ləngidir v soyudur.

Çox zəif hədəf seçilsə, məsələn, müxalif yönümli biri, Oktay Gülalıyev “qəzaya uğrasa” , olaya reaksiya firqə və Avropanın “hüquq müdafiəçilərindən” o yana adlamayacaq. Sadəcə ictimai rəy sıravi bir insana dəstək istədiyi kimi, onunla bağlı da dövlətə müraciətlərdə bulunacaq. Necə ki, bulundu və ölkənin vitse-prezident səviyyəsində olaya reaksiya gəldi (bu arada, Azərbaycandan belə hadisələrin təşkilinə dair ciddi praktika var, bilənlər bilir, hədəf seçilənlər arasında media mənsubları da olub zamanla. Onlardan dördünü dəqiq xatırlayıram, üçü həyatını itirib-red).

Bir dönəm də Fuad Qəhrəmanlıdan “qurban” düzəltmək istədilər. Sakit təbiətli AXCP simalarından F.Qəhrəmanlının ailəsində baş verən məlum olaylar, onu ictimai nüfuzdan da saldı, təzyiqlərə, hətta ölümə tərk edilmiş lider ola bilmək üçün siyahısından da çıxardı.
Azərbaycanda Belarusu “oynamaq” üçün daha nüfuzlu qurban, lazım idi. O həm də ölkənin mental dəyyərlərinə uyğun biri olmalı idi. İradəsi və xarakteri ilə nə O.Gülalıyev, nə də F.Qəhrəmanlını xatırlatmayan biri. Bu olaya dönəcəyik. İndilik, bir neçə paralelə diqqət etməkdə fayda var.

Belarusda, Svetlana Tixanovskayadan milli qadın lider düzəltmək istədilər, araşdırmalar göstərdi ki, o, Avropa ölkələrindən birində, “Çernobl əlillərinin hüquqlarının müdafiəsi” ilə məşğul olan bir təşkilatda tərcüməçidir. Sözügedən təşkilatın Avropanın missionerlərinə bağlılığı istisna edilmir.

Azərbaycanda, nə baş verdi. Azərbaycanlı mühacirlər vasitəsi ilə Milli Şura simalarından Gültəkin Hacıbəylidən milli qadın lider obrazı yaratmağa çalışdılar. Effektiv nəticə vermədi. Niyə? G.Hacıbəyli müxalif düşərgənin yetişdirməsi deyildi. Baxmayaraq Qərb və Avropanın Azərbaycandakı diplomatik nümayəndəlikləri ilə münasibətləri var, o, mental dəyərlər standartına uyğun gəlmədi.

Qayıdaq ictimai rəyi tərpədə biləcək standarta və olaya. Bu dəfə hədəf həbsləri, beynəlxalq ictima rəyin diqqətini çəkmiş və cəmiyyətin bəlli dəyərlərinə uyğun biri, Tofiq Yaqublu olmalı idi. Başqa varian qalmırdı. Müxalif sima, Milli Şura rəhbərlərindən biri, əqidəcə musavatçı, mental dəyərləri olan adam, Qarabağ qazisi və sair. Son qəza olayından dolayı ətrafında baş verənlər Tofiq bəyə bir qədər də populyarlıq gətirdi. Qəza olayını elə “işlədilər” ki, Azərbaycan cəmiyyətinin müxalifətə meyili olmayan cinahı, ictimai xadimlər, sənət adamları, jurnalistlər də prosesə reaksiya verdi. Bunu radikallarmı bacardı? Yox! Bu həm də ölkədə məhkəmə istintaqının böyük səhvləri nəticəsində qabaran və siyasi əllərə oynayan hadisə idi. Bəlkə indi bu olaydan tutub Azərbaycanda ciddi məhkəmə-hüquq sistemi islahatına başlamaq olar. Bəlkə islahatdan sonra bu qəbil prosesləri idarə edən hakimlər, yol verdikləri səhvlərin dövlətdə ağır nəticələr verə biləcəyini anlayarlar.

Yeri gəlmişkən, Belarus proseslərinin informasiya təbliğatı Polşadan, NEXTA-Teleqram kanalından idarə edilir. Diqqət edək, eyni xəbər kanalı, artıq həbsdən ev dustaqlığına buraxılan Tofiq Yaqublu barədə məlumatları tirajlayır.

Bunu da xatırlatmaq yerinə düşərdi ki, Belarusdakı vəziyyətlə bağlı, etiraz aksiyasındakı qətl olayından dolayı Almaniyada, Federal Konslerin ofisi qarşısında aksiya reallaşdı. Qısa müddətdən sonra, konsler A.Merkel, Belarus prezidenti ilə telefon əlaqəsi yaratmağa çalışdı. Artıq Rusiya ilə münasibətləri normallaşan Lukaşenko, belə demək mümkündürsə, dəstəyi qaldırmadı. Yəni A,Merkellə danışmaqdan imtina etdi. Üstəlik bu xəbər Rusiya və Belarus KİV-ləri üzərindən ritorik dildə tirajlandı.

Eyni hadisə T.Yaqublu ilə bağlı baş verdi. Avropa Kommisiyası Prezidentinin, Almaniya səfəri zamanı keçirilən görüş saatında bir qurup mühacir A.Merkelin idarəsi qarşısında T.Yaqublu ilə bağlı etiraz aksiyası keçirdi. Bircə Bakıya zəng gəlmədi. Bu da yəqin ki, Belarusda alınan tərs “sillənin” ehtiyatlılıq nəticəsi idi.

Ancaq əvəzində T. Yaqublunun məsələsi Almaniya mediasına çıxarıldı. Üstəlik, Avropa Şurası, ATƏT, “Freedom House”, “Human Rights Watch”, “Amnesty International” , Sorosun Pribaltikadakı və Polşadakı balaları, onların himayə etdiyi mühacir internet tv-lər, ciddi “canıyananlıq” göstərdilər. Bəyanat-bəyanat dalıyca gəldi.

Yeri gəlmişkən, çox maraqlıdır, Ermənistanda bir jurnalist aclıq edib, həbsxanada öldü. Bu “canıyananların”, o erməni yazara canının heç harası yanmadı. Yəni olay sərfəli deyildi. Nə qədər olmasa Ermənistanın indiki rəhbərliyi də Sorosun balası sayılır…

Belarusla Azərbaycan arasında növbəti oxşarlıq Bakıda Rusiyaya işləyənlərin üzə çıxması idi. Azərbaycanda 67 “satqın” aşkar edildi. Məlum siyahıda adları çəkilən çoxlu sayda media adamları mübahisələri şəxsi müstəviyə daşıdılar. Hətta məhkəmə müraciətləri də oldu. Əslində bu ciddi düşünülmüş provakasiya xarakterli siyahı idi. Buna emosional və fərdi münsibətlər müstəvisində cavab vermək olmazdı. Siyahıya adıdüşənlərin çox az bir qismi məhz bunu etdi, smosiyasız və ciddi reaksiya verdi. Ancaq hər kəsin yerinə, yenə Azərbaycan dövləti ciddi mövqe ortaya qoydu. Siyahı dövlət səviyyəsində etibarsız sayıldı. Yəni yenə də ALINMADI!..
***
…Əgər heç nə alınmırsa təbii Azərbaycanı “sıxmaq” üçün Dağlıq Qarabağ mövzusu var. Bir müddət öncə Rusiyanın hərbi dəstəyini alan ermənilər, hərbi əməliyyatlar başlatdı. Hadisələr onunla tamamlandı ki, Azərbaycan-Ermənistan sərhddi yeni istiqamətdən pozuldu, Tovuzdan. Ancaq Azərbaycan ordusu böyük iradə nümayiş etdirib əraziyə sülhməramlılar daşımağa bəhanə gəzənlərə Rusiyaya, Qərbə və Avropaya o bəhanəni vermədi. Öz strateji müttəfinin dəstəyini lazım bildi. Birinci Tovuz əməliyyatından sonra Azərbaycan dövləti Türkiyə Silahlı Qüvvələrinin ölkəyə tarixi dönüşünü təkrarlamağa qərar verdi. Bunun üçün həm siyasi, həm də hərbi zəmin yaranmışdı. Əslində bu gün Azərbaycan sərhədlərində baş verənlər təkcə bizim, azərbaycanlıların torpaq savaşı deyil. Bu həm də Qafqaz və postsovet ölkələri, həmçinin Azərbaycanın söz sahibi olduğu ciddi regional lahiyələr uğrunda Rusiya, Qərb, Avropa savaşıdır. İndi oyuna Türkiyənin qatılması çoxunda siyasi şok effekti verib. Çünki dövriyyəyə Dağlıq Qarabağa yerləşdirilən PKK dəstəsi məsələsi buraxılıbsa Türkiyə sonaca Azərbaycanla yanaşı dayanacaq. Sirr deyil, dünyanın hansı bölgəsində olur olsun, adıgedən terror təşkilatının qarşısına məhz Türkiyə çıxır. Bir sözlə Azərbaycanı böyük mübarizə və müharibə ilə “hədələyirlər”. Hələliksə,

-Azərbaycanda milli qadın lider obrazını yaratmaq cəhdi alınmadı!

– Tanınmış müxalifətçi ölümllərinin qarşısı alınır!

-Kütləvi etiraz aksiyaları effektiv olmur!

Bir sözlə Azərbaycanda indiyə qədər reallaşması düşünülən xeyli siyasi oyunlar baş tutmadı.

Qalır bəzi məsələləri həll etmək. İnsanların sosial rufah halının yaxşılaşdırılması, məmur özbaşınalıqlarının kökünü kəsmək, informasiya siyasəti və təhlükəsizliyi istiqamətini düzgün qurmaq. Daha dəqiqi bu sahədə ciddi islahatlar aparmaq. Sonra kim tutar səni MƏMLƏKƏT!..

Jalə MÜTƏLLİMOVA