Həbib Nurməhəmmədov Ronaldu və Bekhemin 7 nömrəli formasına sahib çıxdı - FOTO

Baxış sayı:
91507

Keçmiş UFC çempionu Həbib Nurməhəmmədov sosial şəbəkə hesabında “Old Trafford”a getməsi və ona “Mançester Yunayted”in formasının hədiyyə olunmasından danışıb.

“Mənim üçün əfsanəvi “Mançester Yunayted” klubunun dəvəti ilə bu əfsanəvi stadionu ziyarət etmək böyük şərəfdir. İsti qarşılaşmaya görə çox sağ olun.

Ümid edirəm, Kriştianu Ronaldu və Devid Bekhem mənim yeddi nömrəli formanı almağıma etiraz etməyəcəklər”, - deyə H.Nurməhəmmədov bildirib.

 

Mənbə: Gazeta.ru