HAVA DÖYÜŞLƏRİNDƏ ELMİN ZƏFƏRİ! – Liviyada Türkiyənin dronları Rusiyanın “Pantsir” sistemini yerlə yeksan elədi!

Baxış sayı:
1939

Liviyada BMT tərəfindən tanınan qanuni Milli Barışıq Hökumətinə məxsus Silahlı Pilotsuz Uçuş Aparatları Cufra rayonundakı Rusiya muzdlularına (“Vaqner” şirkətinə) məxsus “Pantsir” sistemini  məhv edib.

Milli Barışıq Hökumətinin hava qüvvələri Cufranın yaxınlığında yerləşən Sukina məntəsinə hava hücumu edib. MBH həmçinin, Sirte şəhərində irimiqyaslı hərbi əməliyyat keçirməyə hazırlaşır. Yüzlərlə hərbi texnikadan ibarət karvan Sirteyə doğru hərəkətə keçib.

Türkiyə istehsalı olan silahlı dronlar Liviya hökumətinin qiyamçı general Xəlifə Həftər qüvvələrinə qarşı mübarizədə irəliləməsində böyük rol oynamaqdadır./Hurriyyet.org