Hafiz Hacıyev Pənah Hüseynlə debatda: "Şəxsi marağım var ki, vitse-Prezident olum"

"Qoy bir nəfər də müxalifətdən vitse-Prezident olsun"

Sizin Tribuna verilişinin bu buraxılışında iştirak edən qonaqları:
Pənah Hüseyn (AXP sədri) və Hafiz Hacıyev ("Müasir Müsavat" partiyasının sədri)
Aparıcı: Cavid Cabbarlı
Pənah Hüseyn: "Konstitusiya dəyişikliklərini təqdim edən Prezident İlham Əliyev indiyədək bir dəfə də olsun bu barədə rəsmi olaraq heç bir şərh verməyib. Çünki bir çox təkliflərin niyə irəli sürülməsinin cavabını ancaq o verə bilərdi. Belə çıxır ki, onda ya bu dəyişiklikləri etmək üçün arqumentlər zəifdi, ya da bu barədə açıq müzakirədən çəkinirlər".
Hafiz Hacıyev: "Ölkədə çox gərgin vəziyyət var. Prezidentin verdiyi qərarlar sabotaj olunur və icra edilmir. İndi iddia olunur ki, ölkədə vitse - Prezidentlik institutu yaradılsa qərarların daha çevik icra edilməsi mexanizmi təmin ediləcək. Amma mən bunu belə düşünmürəm. Bizim partiya referendumdan irəli sürülən dəyişikliklərə "hə" deyib, çünkü mənim şəxsi marağım var ki, vitse- Prezident olum. Biz indiki kartofla, soğanı tanımayan nazirlərdən xeyli çox iş görürdük, mənim baş nazirim Pənah Hüseyn oturub burda və o da bunu təsdiq edə bilər. "Qocalar evi" olan o Nazirlər Kabineti prezidentə zərbə vurmaqla məşğuldur. Heç bir qərar, tapışırıq vaxtında icra olunmur. Vitse -Prezident vəzifəsinə bu rüşvətxor məmurlardan kimsə seçilib qoyulsa bunun heç bir mənası yoxdur. İstəyirsən gündə 10 Referendum keçir və 10 dəfə yeni vitse-Prezindent təyin elə heç bir xeyri yoxdur. Əgər Artur Rəsizadə vitse-Prezident olacaqsa bunun nə mənası var. Hamısı üzünə gülüb, Prezidentə xəyanət edir. Qoy bir nəfər də müxalifətdən vitse-Prezident olsun".
Pənah Hüseyn: "Məmurların məsuliyyəti öz yerində amma 13 ildir Prezident olan bir şəxs kimi bütün məsuliyyəti prezident İlha Əliyev daşıyır. Ən yüksək vəzifəli məmurların gözlərində mən qorxu görürəm. Bu məmurlar korrupsioner olsalar da, savadları var, təcrübəli adamlardır, ölkədəki real vəziyəti və hara getdiyini çox real başa düşürlər. Bir çox məmurlar içkiyə qurşanıb və əlləri ilə işarə edirlər ki, bu bizi fəlakətə aparır. Artıq hakimiyyət əvvəlki qayda ilə idarə edə bilmir. Vəziyyətdən çıxmaq üçün Parlamentin səlahiyyətləri genişləndirilməli idi. Amma nə baş verdi: Prezident Parlamenti istənilən buraxa bilər, və ya hansısa deputatı etik davranışa görəmandatdan məhrum etmək olar. Bu o deməkdir ki, istənilən anda deputatı Məclisdən uzaqlaşdırmaq olar. Bu dəyişikliklərlə hətta kralarda olmayan hakimiyyətlər Prezidentə verilir. Konstitusiyanın ruhuna belə ziddir bu dəyişikliklər. Bu bir ailənin hakimiyyətidir. Amma bu dəyişiklik göstərir ki, ailə hakimiyyətinin saxlanması üçün təhlükə var. Bu yolla hakimiyyəti saxlamaq mümkün deyil. Hakimiyyəti saxlamaq üçün ya Qarabağda uğura nail olmaz lazımdır, ya əhalinin pisləşən maddi durumunu ən azı bugünkü səviyyədə saxlamaq lazımdır, işzisliyin qarşısını almaq, batan bankları qorumaq lazımdır".
Hafiz Hacıyev: "Bu ölkədə belə bir fikir var ki, hər şeyi Prezident etməlidir.  Ölkədə nə qədər neqativ hal var hamısını Prezidentin ayağına yazırlar. Bəs bu qədər hökümət üzvləri hara baxır: yolda maşın xarab olur, deyirlər Prezident hara baxır, həkim xəstənin kəsilməli olan yox, sağlam ayağını kəsir deyirlər Prezidnet hara baxır, biri xuliqanlıq edir, deyirlər hara baxır Prezident. Bəs mən deyirəm onda bu qurumlar hara baxır?"
Pənah Hüseyn: "Niyə Prezident cavabdeh olmalı deyil ki? Bu kadrlaer hamısı Heydər Əliyevin kadrlarıdır. İlham Əliyevin hüquq mühafizə orqanlarında olan yeganə kadrı Eldar Mahmudov idi. İndi İlham Əliyev olanlara görə cavab verməli deyil?"
 
Hafiz Hacıyev: "Ölkədə bütün baş verənlərə Prezident cavab verməli deyil, çünki bu çox belə hadisələri onu istəməyənlər təşkil edir. Pambıq müşavirəsində Prezidenti istəməyən qüvvələr bir qadının adından bu fikri yayırlar ki, guya Prezident övladını hakimiyyətə gətirmək üçün bu dəyişkiliyi edir. Bu hamısı onu istəməynlərin işidir, sosia şəbəkələr yazırlar ki, guya o qadın da Hafız Hacıyevin anasıdır. Bu Prezidnetə lazımdırmı? Əlbəttə, lazım deyil. Mən vəzifə üçün ölmürəm, xalqa xidmət üçün ölürəm. Mən üzümü tutuam qardaşım İlham Əliyevə: "niyə bu cür adamları hakimiyyətdə saxlayıb, xalq arasında özünə mənfi imic qazanırsan? Rəhmətlik dədəmiz Heydıər Əliyev haqqında "politbüro"ya meşokla teleqram edənlərin hamısı, İlham Əliyevə xəyanət edənlərin hamısı bu gün Prezidentin ətrafında cəmlənib. Bunu da deyəndə zəng edib bizi hədələyirlər. Əgər vitse-Prezidentlik postu ədalətli seçki ilə olsaydı Hafiz Hacıyev 1-ci Vitse-Prezident, Pənah Hüseynov da Baş Nazir olardı".
Pənah Hüseyn: "Yaxln 2-3 ildə bu iqtisadi gərginlik öz kuliminasiya nöqtəsinə çatacaq. Çox ciddi problemlər var və bu özünü tezliklə biruzə verəcək. Azərbaycanın siyası qüvvələri müəyyən addımlar atmağa borcludur və mümkün qədər zərərsiz bu problemdən çıxmağa çalışmalıyıq".